“Azərbaycanda bankların 84 faizinin mobil əlavəsi mövcuddur”.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov Bakıda keçirilən "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" adlı VI Beynəlxalq Bankçılıq Forumunda açıqlayıb. Onun sözlərinə görə, bank sektorundakı müştərilərin cari hesabları üzrə aparılan ödənişlərin 77 faizi elektron bankçılıq vasitəsilə həyata keçirilir.
"İnternet bankçılıq üzrə son 10 ayda keçən ilin eyni dövrü ilə müqayisədə 55 faiz artım olub. İnternet bank vasitəsilə reallaşdırılan əməliyyatların sayında 3 dəfə, həcmində isə 2,1 dəfə artım olub”, - Taleh Kazımov əlavə edib. Bildirilib ki, ölkədaxili kart əməliyyatlarının qeyri-nağd dövriyyəsi 42 faiz artıb. Ümumiyyətlə, ölkədaxili qeyri-nağd əməliyyatların həcmi 2,2 dəfə artaraq 20 milyard manata çatıb.