Gəncədə 4 nəfər dəm qazından zəhərlənib
Hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən binada qeydə alınıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən xəbərə görə, hadisə yerinə gələn əməkdaşlar araşdırma aparıb. Hadisə zamanı 2020-ci il təvəllüdlü Z.Musayeva dəm qazından zəhərlənərək öldüyünü, daha 3 nəfər - Zeynəb Musayeva, Dərya Musayeva və Fatimə Musayevanın zəhərləndiyini məlum olub.
Hadisə ilə bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.