Yeni dərs ili başlanan kimi dərslik problemləri yenə gündəmə gəldi. Belə ki, bəzi məktəblərin siniflərində dərslik çatışmazlığı müşahidə edildi.
Ucnoqta.az xəbər verir ki, çatışmayan dərsliklər bir müddət əvvəl çap olunaraq məktəblərə paylanılıb. Lakin kitablar keyfiyyətsiz çap olunub.
Bununla bağlı Ucnoqta.az-a oxucular məlumat verib. Belə ki, 7-ci siniflər üçün çap edilmiş İngilis dili dərsliyinin səhifələri dağılır. 10 gündür istifadə edilən kitabda səhifələri çevirərkən bir-birindən qopur. Nəzərə alaq ki, dərs ili yeni başlayıb və bu kitablardan daha bir neçə il də istifadə edilməlidir. Bu kitabların növbəti illərdə istifadəsi qeyri-mümkün görünür və Elm və Təhsil Nazirliyi yenidən dərslik çap etməli olacaq.
Qeyd edək ki, kitab 12.08.2022-ci ildə “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC mətbəəsində istehsal edilib. Müəssisə ilə əlaqə saxladıq. Mətbəədən məsələnin araşdırılıb cavab veriləcəyi deyilsə də heç bir cavab verilmədi.