Marketlərdə qablaşdırılmış şəkildə satılan suyun qiyməti neftin qiymətinə çatır

11:22 - 23 Noyabr 2022 - ÖLKƏ İÇİ

Azərbaycanda əhalinin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı suyun təmizlənərək əhaliyə çatdırılması istiqamətində çox böyük  layihələr həyata keçirilir. Lakin buna baxmayaraq su hövzələrinin çirklənməsi əhalinin içməli su ilə təminatında keyfiyyət göstəricilərinə təsir edir


Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru, Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov Ucnoqta.az-a bildirib ki, Azərbaycanda ən gözəl içməli su kimi Xəzər suyu daha effektlidir: 

"Oğuz-Qəbələ su kəməri vasitəsilə yerin aşağı qatlarından artezian suları çıxarılır və Bakıya gətirilir. Demək olar ki,  içməli su kimi ondan istifadə edilməsi o qədər də əhəmiyyətli deyil.  Çünki  yer qatında olan bu sular 40-200 il ərzində formalaşır və cod sudur.  Orqanizmə mənfi  təsir göstərir. Beynəlxalq qanunlara görə də həmin su ehtiyat kimi saxlanmalıdır. Lazım olduqda, Azərbaycanda su olmadıqda yeraltı su mənbələrindən istifadə edilməlidir. Bu gün problemlər olduqca çoxdur. İçməli su ifrat dərəcədə, Azərbaycanda inkişaf etmiş  kapitalist ölkələri ilə müqayisədə hər insana düşən su 10 dəfə artıqdır. Bu gün marketlərdə qablaşdırılmış şəkildə satılan suyun qiyməti az qalır neftə bərabər olsun. Ona görə də içməli sudan səmərəli istifadə etmək lazımdır".

Rauf Sultanov bildirdi ki, Bakı şəhərində yüz minlərlə avtomobil var: 
"Onların yuyulmasında bu sudan istifadə edilir. Ancaq bu zaman həmin sudan istifadə edilməsi qorxulu deyil, nəinki bu vaxt kimyəvi maddələrdən istifadə edilir.  Bu həm də Xəzərin, çayların çirklənməsinə təsir göstərən əsas amillərdir və bunun qaşısını almaq lazımdır. Azərbaycanda bu məsələ ilə əlaqədar olaraq müstəqillik dövründə olduqca böyük işlər görülüb.  Sutəmizləyici qurğular yaradılıb, suların monitorinqləri aparılıb. Ancaq görülən işlər nə qədər çox olsa da görüləcək işlər ondan az deyil. Xəzərin, Kürün,  Arazın  təmizlənməsi ilə əlaqədar olaraq layihələr həyata keçirmək lazımdır. Bu layihələrin həyata keçirilməsi üçün milyardlarla vəsait lazımdır. Azərbaycan müstəqillik əldə etdiyi dövrdə iqtisadi imkanları az olsa da son vaxtlar ölkənin  iqtisadi vəziyyəti  yaxşılaşdıqca ekoloji problemlərin həlli, əhalinin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı suyun təmizlənərək əhaliyə çatdırılması istiqamətində çox böyük  layihələr həyata keçirilib".

Xəbər xətti