Gədəbəydə atasını döyüb öldürən oğul saxlanıldı - YENİLƏNİB

10:00 - 23 Noyabr 2022 - HADİSƏ

Gədəbəy rayonunda atasını döyərək öldürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi, V.Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi, orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları müvafiq araşdırmalara başlayıb.

İlkin araşdırmalar nəticəsində V.Cəfərovun ölümündə şübhəli bilinən oğlu, 1988-ci il təvəllüdlü Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.

Hazırda rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

09:00

Noyabrın 22-də saat 19 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanada ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.


DİN Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a  bildirilib ki, araşdırmalarla ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olan şəxsin ailə üzvləri tərəfindən döyülməsi ilə bağlı şübhələr müəyyən edilib.

Araşdırmalar davam etdirirlir.

 

Xəbər xətti