Cəlillabad sakini həmkəndlisini bıçaqlayıb

09:30 - 22 Noyabr 2022 - HADİSƏ

Cəlillabad sakini həmkəndlisini bıçaqlayıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlayir kəndində qeydə alınıb.

Kənd sakini, 1981-ci il təvəllüdlü Ramil Aslanov həmkəndlisi və yaşıdı olan Rahib Aslanlını aralarında yaranmış mübahisə nəticəsində bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.

 

Xəbər xətti