Şəmkirdə bıçaqlanma olub - YENİLƏNİB

09:08 - 22 Noyabr 2022 - HADİSƏ

Şəmkir sakinini bıçaqlayan şəxs məlum olub

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Ucnoqta.az-a bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayonun könüllü kənd sakini, 1989-cu il təvəllüdlü Pərviz İsayevin bir neçə bıçaq zərbəsi alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları təxrə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, P. İsayev həmkəndlisi Azər Əliyev ilə mübahisə edən zaman, sonuncunun qardaşı Bəxtiyar Əliyev özünəməxsus bıçaq ilə ona bir neçə bıçaq zərbəsi vurmuş, P. İsayev isə A. Əliyevin qarın və bel nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub. Hazırda araşdırmalar davam etdirilir.

08:28

Şəmkirdə 1989-cü il təvəllüdlü Pərviz İsayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Ucnoqta.az xəbər verir ki, xəstə əməliyyat edilib. 33 yaşlı P. İsayevin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti