Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Röyal Əliyev və 1993-cü il təvəllüdlü Elnarə Quliyeva xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.