Dekabr ayında daha bir qrup ailənin Ağalıya köçürülməsi planlaşdırılıb.
Ucnoqta.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, Ağalı kəndində tikilməsi nəzərdə tutulan 200 evdən 87-si istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir.