Lənkəranda məktəbli naməlum şəxslər tərəfindən döyülüb

10:50 - 21 Noyabr 2022 - HADİSƏ

Lənkəran rayonunda məktəbli naməlum şəxslər tərəfindən döyülüb.

“Report”un məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Belə ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu naməlum şəxslərin hücumuna məruz qalıb.

O, Lənkəran Mərkəzi Xəstaxanasınin reanimasiya şöbəsinə yerləşdirilib.

Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti