Əsaslı şəkildə təmir edilən köhnə Bakı-Quba yolunda işlər plana uyğun aparılır.
Ucnoqta.az xəbər verir ki, yolun 77-87-ci kilometrliyində asfaltlanma işləri bu gün başa çatdırılıb.
Döşənilən asfalt örtüyü xüsusi texnikalar vasitəsilə kipləşdirilir.
Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, köhnə Bakı-Quba yolu hələlik paytaxt istiqamətində təmir edilir. Təmirin birinci mərhələsinin bu ilin sonuna qədər tam yekunlaşdırılması nəzərdə tutulur.