Cəlilabadda avtomobil iki qardaşı vurub

22:15 - 20 Noyabr 2022 - HADİSƏ

Cəlilabadda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Göytəpə şəhərində qeydə alınıb.
Rayonun Kazımabad kənd sakinləri, 1990-cı il təvəllüdlü Orxan Tacəddin oğlu Kərimov və onun qardaşı, 2000-ci il təvəllüdlü Gündüz Tacəddin oğlu Kərimov yolu qarşı tərəfə keçmək istəyib.

Bu zaman onları avtomobil vurub.
Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıblar.

Gündüz Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti