Göyçayda avtomobil qəzası baş verib, xəsarət alanlar var - FOTO

14:08 - 20 Noyabr 2022 - HADİSƏ

Göyçayda avtomobil qəzası baş verib, xəsarət alanlar var.

”Report” xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Özbəkistan vətəndaşı Dastov Raxmat Temuroviçin idarə etdiyi "MAN" markalı yük avtomobili ilə "LADA" markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardımın köməyilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 


Xəbər xətti