Xaçmazda 4 otaqlı ev yanıb

00:03 - 20 Noyabr 2022 - HADİSƏ

Xaçmaz şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 156 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları, içərisindəki əşyalar 20 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti