Ağdamda ev yanıb

09:25 - 19 Noyabr 2022 - HADİSƏ

Ağdam rayonunun Üçoğlan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti