Salyanda yaşlı kişi bıçaqlanaraq öldürüldü

23:27 - 18 Noyabr 2022 - HADİSƏ

Salyanda kişi meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 18-də axşam saatlarında Salyan rayonu Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti tapılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Xəbər xətti