İranda terror törədənlər Azərbaycanla sərhəddə saxlanıldı

20:37 - 18 Noyabr 2022 - HADİSƏ

Noyabrın 16-da İranın Xuzistan əyalətinin İze şəhərində terror aktı törədən 3 nəfər saxlanılıb.

Bu barədə İranın vitse-prezidenti Möhsena Rezai bildirib. 

"Onlar qaçmağa cəhd ediblər, lakin İran-Azərbaycan sərhədində həbs ediliblər".

Onun sözlərinə görə, İranın düşmənləri qeyri-qanuni sanksiyalarla nəticə əldə edə bilmədilər, ona görə də indi ölkədə qeyri-sabit ab-hava yaratmağa çalışırlar.

Son məlumatlara görə, terrorçuların atəşi nəticəsində Xuzistanda polislər də daxil olmaqla azı 7 nəfər həlak olub, 10-dan çoxu yaralanıb.///unikal

Xəbər xətti