Gəncədə qadın 10-cu mərtəbədən yıxılaraq öldü

16:58 - 18 Noyabr 2022 - HADİSƏ

Gəncədə qadın binadan yıxılaraq ölüb.

APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 12 mərtəbəli yaşayış binasında qeydə alınıb. Təxminən 20-30 yaşlarında olan qadının binanın 10-cu mərtəbəsindən yıxıldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti