Xalq artisti Emin Ağalarov və Rusiyanın Əməkdar artisti Jasmin duet ifa ediblər.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Otrajeniya” adlı mahnı nakam sevgi haqdadır.
“Jasmin çox istedadlı ifaçıdır. Mənə elə gəlir ki, duetimiz harmonik alınıb. “Otrajeniya” mahnısı lirika və payız əhvalı ilə doludur. Ümid edirik ki, o, dinləcilərin xoşuna gələcək”, - Emin deyib.
Bəstənin musiqisi Andrey Slonçinskiyə, sözləri isə Marqarita Doroşeviçə məxsusdur.
Mahnıya klip də çəkilib.