Şəmkirdə dövlət qurumunun əməkdaşı faciəli şəkildə öldü - YENİLƏNİB

13:03 - 18 Noyabr 2022 - HADİSƏ

Şəmkir rayonunda 36 yaşlı kişi ehtiyatsızlıqdan vəfat edib.

Ucnoqta.az-ın Oxu.Az-a istinadən məlumatına görə, 1986-cı il təvəllüdlü Elməddin Əhmədov artezian quyusuna elektrik naqili çəkən zaman ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinə rayon sakini 1986-cı il təvəllüdlü Elməddin Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları və rayon prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin məlumata görə, E.Əhmədov artezian quyusuna elektrik naqili çəkərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, o, Şəmkir Suvarma Sistemləri İdarəsinin əməkdaşı olub.

12:02

Şəmkirdə bədbəxt hadisəsi baş verib.


APA-nın məlumatına görə, rayonun Zəyəm qəsəbəsində elektrik işləri görən Goranboy sakinini cərəyan vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

 

Xəbər xətti