Azərbaycanda deputat vəfat etdi

11:50 - 18 Noyabr 2022 - Cəmiyyət

Coğrafiyaçı alim, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nazim Bababəyli vəfat edib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, o, 69 yaşında dünyasını dəyişib.

Nazim Səfərəli oğlu Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olan Nazim Bababəyli həm də “Naxçıvan” universitetində müəllim kimi çalışırdı. Əsasən aerokosmik tədqiqatlar, coğrafi və geoloji ekologiyaya həsr olunmuş 180-ə qədər məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.

 


Xəbər xətti