Zaqatalada velosipedçini avtomobil vuraraq öldürdü

10:24 - 18 Noyabr 2022 - HADİSƏ

Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb.

APA-nın məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Elvin Ömərovun idarə etdiyi “VAZ 2106” markalı, 10 RA 993 dövlət nömrə nişanlı minik avtomobili velosipedlə hərəkət edən Muğanlı kənd sakinini vurub. Velosipedçi hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Xəbər xətti