DİN-dən tələbənin qətli ilə bağlı AÇIQLAMA

10:13 - 18 Noyabr 2022 - HADİSƏ

Daxili İşlər Nazirliyi Lənkəran rayonu ərazisində 19 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

DİN-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini , 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosid Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirirlir.

 

Xəbər xətti