Lənkəranda tələbələr arasında KÜTLƏVİ DAVA: ölən var
04:09 - 18 Noyabr 2022 - ÖLKƏ İÇİ
Lənkəranda tələbələr arasında kütləvi dava olub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, tələbələr arasında baş verən kütləvi dava ölümlə nəticələnib.
İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.
Həkim Rəşad Fərzullayev APA-ya bildirib ki, xəstə kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.