Valideynlərini 4 yaşında itirmişdi, özü də Ukraynada həlak oldu

09:25 - 17 Noyabr 2022 - Cəmiyyət

Ukraynada davam edən müharibədə daha bir azərbaycanlı döyüşçü həlak olub.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət 33 yaşlı Sabir Qəzənfərovdan gedir.

Yaxınlarının verdiyi məlumata görə, S.Qəzənfərov Kiyevdə dəfn olunub.

Qeyd edək ki, Sabir 4 yaşında olarkən hər iki valideynini itirmişdi.

 

Xəbər xətti