27 yaşlı oğlanı bıçaqlayan şəxs həbs olundu

09:15 - 16 Noyabr 2022 - HADİSƏ

Abşeronda 27 yaşlı oğlanı bıçaqlayan şəxs tutulub.

Ucnoqta.az xəbər verir ki, Məmmədli qəsəbəsində yerləşən “Bakı” yeni yaşayış kompleksində 1995-ci il təvəllüdlü Mirəli İbrahimli naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1980-ci il təvəllüdlü Rəhman Qasıməliyev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Xəbər xətti