Azərbaycan filmi “Oskar”a namizədlər siyahısına daxil edildi

Azərbaycanın tanınmış kino rejissoru Şamil Əliyevin “Yaradanlar” (CREATORS) filmi 95–ci Oskar Akademiyasının mükafatına namizədlərin siyahısına daxil edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) məlumat yayıb.

Amerika İncəsənət və Elmlər Akademiyasının 95–ci Akademiya mükafatlarının təqdimat mərasimi 2023–cü il martın 12–də, bazar günü keçiriləcək.

Qeyd edək ki, Şamil Əliyevin filmi 20–ci əsrin görkəmli Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist–bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir.

Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, Əməkdar memar, professor Elbəy Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

 

Tarix
15 Noyabr 2022 [18:16]
Müəllif
Üç nöqtə
2022-11-15 18:16:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin