Nəvə babasından 8 500 manatlıq oğurluq edib

12:34 - 15 Noyabr 2022 - HADİSƏ

Bakıda nəvə babasının evindən 8 500 manatlıq oğurluq edib.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin (baba) nəvəsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti