Oğuzda evdə yanğın - 1 nəfər tüstüdən zəhərləndi

10:42 - 15 Noyabr 2022 - HADİSƏ

Oğuzda evdə yanğın olub.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, rayonunun Muxas kəndində ümumi sahəsi 65 m² olan birmərtəbəli evin 1 otağında 2 m² sahədə döşəmə və 1 ədəd yataq dəsti yanıb.  Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti