Xaçmaz sakini üzərinə ağac aşması nəticəsində ölüb

18:56 - 14 Noyabr 2022 - HADİSƏ

Qusar rayonunun Avaranqışlaq kəndində üzərinə ağac aşan sakin ölüb.

"Report" xəbər verir ki, Xaçmaz rayon sakini Rafael Ələskər oğlu Rüstəmov sözügedən ərazidə agac kəsərkən üstünə düşüb və hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti