Gəncədə qazılan yol qəzaya səbəb olub - FOTO

17:25 - 14 Noyabr 2022 - HADİSƏ

Gəncə şəhərində qazılan avtomobil yolu qəzaya səbəb olub.

APA-nın məlumatına görə, hadisə şəhərin S. Əliyev küçəsində qeydə alınıb. Yolda qazılan çuxura düşməmək üçün manevr edən yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını "Ford" markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb.

Qeyd edək ki, S.Əliyev küçəsində bir müddətdir dərin çuxur qazılıb, üzəri bağlanmayıb.

 


Xəbər xətti