Şəmkirdə 15 yaşlı qız qaçırılıb

12:58 - 14 Noyabr 2022 - HADİSƏ

Noyabrın 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Ucnoqta.az-a bildirib ki, dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini 2007-ci il təvəllüdlü A. Qasımova (ad soyad şərtidir) Tovuz rayon sakini 1994-cü il təvəllüdlü E. Mehdiyev ilə görüşüb, könüllü şəkildə qaçıblar.

Polis əməkdaşları onların yerini müəyyən edərək, azyaşlını valideynlərinə təhvil verib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər xətti