Kəlbəcərdə ağır qəza - yük maşını dərəyə aşdı

10:45 - 14 Noyabr 2022 - HADİSƏ

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, noyabrın 14-də saat 2 radələrində Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti