Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, Şərur istiqamətində hərəkət edən "Mitsubishi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hyundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb.
Avtomobildə tək olan M.Seyidov heç bir xəsarət almayıb.