Siyəzəndə traktorda meyit tapılıb

20:14 - 12 Noyabr 2022 - HADİSƏ

Siyəzən rayonunun Balaca Həmyə kəndində traktorda meyit tapılıb.

Xaçmaz rayon sakini, 1966-cı il təvəlludlü Mahmudov Faiq Qasım oğlu idarə etdiyi traktorda ölü vəziyyətdə tapılıb.
Onun idarə etdiyi traktorun "Aqroservis" MMC-yə məxsus olduğu bildirilir.

Meyit tapılarkən üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. F.Mahmudovun ölüm səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti