Misirdə mikroavtobus kanala düşüb, ölənlər var

19:49 - 12 Noyabr 2022 - HADİSƏ

Misirin şimalında yerləşən Dakahlia əyalətində mikroavtobusun aşaraq kanala düşməsi nəticəsində azı 19 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə “Əl-Əhram” qəzeti məlumat yayıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində 10-dan çox sərnişin xəsarət alıb.

Yaxınlıqda olan yerli sakinlər köməyə tələssələr də, avtobusdan yalnız bir neçə nəfər sağ çıxa bilib.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün səhvi olub - o, kəskin döngələrin birində idarəetməni itirib.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.

Xəbər xətti