Zaqatalada tütün zavodu yandı

18:26 - 12 Noyabr 2022 - HADİSƏ

Zaqatalada tütün zavodunda yanğın baş verib.

Yanğın hadisəsi rayonun Yuxarı Tala kənd ərazisində yerləşən "Agro Industry" MMC şirkətinə məxsus tütünqurutma zavodunda qeydə alınıb.  

Hadisə yerinə Zaqatala rayon DYMH-dən yagınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub. Yanğının qarşısı alınıb. 

Yanğın zamanı kamerada olan 400 ədəd taxta yeşikdən 100 ədədi yanıb.

Hadisənin başvermə səbəbi araşdırılır.///unikal

Xəbər xətti