Rusiyadan gəlib arvadını öldürdü - Maştağadakı qətlin TƏFƏRRÜATLARI

16:25 - 12 Noyabr 2022 - HADİSƏ

Prokurorluq Bakıdakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabrın 11-i saat 22 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 38 yaşlı Sevinc Museyibovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub

Aparılmış araşdırmalarla zərərçəkmişin əri,44 yaşlı Vidadi Müseyibovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Sevinc Museyibovaya qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vidadi Müseyibov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Əldə etdiyimiz məlumata görə, V. Museyibov Rusiyadan təzə gəlib. Onun S. Museyibovaya 13 bıçaq zərbəsi vurduğu bildirilir.

Xəbər xətti