Türkiyədə partlayış, xəsarət alanlar var

12:51 - 12 Noyabr 2022 - HADİSƏ

Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində alüminium fabrikində partlayış baş verib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Yaralananlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər xətti