Qubada yol kənarından silah tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən, Quba şəhəri köhnə kərpic zavod adlanan ərazidə xidmətdə olduqları zaman yolun kənarından 1 ədəd "İJ" markalı qoşa lüləli ov silahı aşkar olunaraq götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.