Bakıda Bakubus ahıl kişini vurub.
APA xəbər verir ki, Yasamal rayon ərazisində 1992-ci il təvəllüdlü Valeh Məmişov idarə etdiyi Bakubusa məxsus 141 nömrəli marşurut avtobusu ilə piyada, 1938-ci il təvəllüdlü Qesabulla Dadayevi vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.