Gəncədə minik avtomobili işiqfora çırpıldı

08:57 - 10 Noyabr 2022 - HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21015" markalı avtomobilin sürücüsü idarəetməni itirərək işiqfora çırpılıb .Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti