Siyəzəndə ağır qəza olub

20:19 - 9 Noyabr 2022 - HADİSƏ

Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Eynibulaq kəndi ərazisində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Abbasov Əhəd Balamirzə oğlunun öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti