Siyəzəndə iki maşın toqquşub

15:52 - 9 Noyabr 2022 - HADİSƏ

Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Quba yolunun rayon ərazisindən keçən hissəsində "VAZ" markalı avtomobillə "Opel" markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.///apa

Xəbər xətti