Gəncədə həyətdən 80 min manatlıq dəzgah oğurlanıb

14:13 - 9 Noyabr 2022 - HADİSƏ

Gəncədə 80 min manatlıq dəzgah oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində yerləşən həyətyanı sahədən 80 000 manat dəyərində 6 ədəd daş kəsən dəzgah, 2 ədəd dəmir çardaq və 150 metr naqil oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini X.Əhmədova saxlanılıb.

Xəbər xətti