Azərbaycanda məşhur meyxanaçı qonşusunu ürəyindən bıçaqladı

08:55 - 9 Noyabr 2022 - HADİSƏ

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

Ucnoqta.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

Faktı APA-ya DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Xəbər xətti