Biz Qarabağa qayıdışın ilk mərhələsini artıq yekunlaşdırmışıq.
Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Ağalı kəndində Zəfər Gününə həsr olunan konsert proqramından sonra jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, son iki il ərzində kifayət qədər böyük işlər görülüb:
"Ağalı kəndində genişmiqyaslı bərpa-quruculuq işləri, müxtəlif infastruktur layihələri həyata keçirilib. Bunlardan biri bu yaxınlarda Zəngilanın işğaldan azad edilməsi günündə Beynəlxalq Hava Limanının açılışı idi. Bu, hava limanı həm Zəngilanın, həm də regionun iqtisadiyyatının inkişafına böyük töhfə verəcək. Təbii ki, bütün bunları biz qəhrəman şəhidlərimizə, əsgər və zabitlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".