Neftçalada “Zəfər Günü” qeyd olunub - FOTO

16:47 - 8 Noyabr 2022 - ÖLKƏ İÇİ

Neftçala Rayon İcra Hakimiyyəinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən müharibəsindəki qələbəmizin ikinci ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala rayonunda “Zəfər Günü” böyük coşqu ilə qeyd olunub.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət və qonaqlar iştirak edib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli və Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhları ehtiramla yad olunub.

“Zəfər Günü” ilə əlaqədar olaraq təşkil olunan sərgiyə qonaqlar tərəfindən baxış keçirilib.
İlk öncə Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səslənib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətindən, şəhid və qazilərinə diqqətindən, qayğısından, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, ordumuzun gücündən, düşmən işğalından azad olunan Qarabağın abadlaşmasından danışılıb, Vətən müharibəsi dövrünü özündə əks etdirən videorolik izlənilib.

Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına musiqi məktəbinin və digər sənətkarların iştirakı ilə musiqili konsert proqramla davam etdirilib.
Tədbirin sonunda Neftçala RİH-in, şəhid ailələrinin və qazilərin iştirakı ilə “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.


Xəbər xətti