Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, DİN-in bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində yaralanıb.
Xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.