"Səni Axtarıram" verilişində kövrək anlar yaşanıb
Ucnoqta.az xəbər verir ki, ARB-də yayımlanan "Səni Axtarıram" verilişində ana 31 ildən sonra oğluna qovuşub. Belə ki, atası Qırğızıstanda dünyaya gələn Rövşəni 31 il əvvəl anasından ayıraraq Azərbaycana gətirib. Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə bu ayrılığa son qoyulub, ana övladına qovuşub.
Qeyd edək ki, Rövşən 44 günlük müharibə iştirakçısıdır. Vətən müharibəsində göstərdiyi şücaətə görə medallarla təltif olunub.